Fransalı frirayd xizəkçisi Jülyett Vilmann Argentinada qar uçqunu nəticəsində 30 yaşında həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Le Dauphine" qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, hadisə Serro-Kreston dağında baş verib. İdmançı hadisə yerində həlak olub.
Vilmann "Freeride World Qualifier" (FWT) frirayd yarışlarında iştirak edib. O, 2021-ci ildə FWT dünya turunun ümumi sıralamasında dördüncü yeri tutub.
Qaynar xətt:
(055) 224 12 12