Fransa yığmasının ulduz futbolçusu Kilian Mbappe milli komandanın düşərgəsindən ayrılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məşhur jurnalist və insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, fransız hücumçu sağ topuğundakı iltihab səbəbindən Fransanın düşərgəsini tərk edərək Madridə qayıdıb.
Qeyd edək ki, millimiz növbəti görüşünü noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Fransa millisinə qarşı keçirəcək.
Kilian Mbappe Azərbaycanla oyunda olmayacaq