Fransanın “Sent-Etyen” komandasının futbolçusu koronavirusa yoluxub.
Bu barədə klubun “Twitter” hesabında bildirilib.
Məlumatda futbolçunun adı açıqlanmayıb, lakin onun özünütəcridə yollandığı vurğulanıb.
Bununla əlaqədar “Sent-Etyen”lə “Herta” arasında avqustun 7-nə nəzərdə tutulmuş yoldaşlıq görüşü təxirə salınıb.