Məşhur Braziliya futbolçusu Pelenin 44 yaşlı oğlu Edison Edson Çolbi Nasimentu keçən çərşənbə axşamı noyabrın 18-də çirkli pulların yuyulması və narkotrafik ilə əlaqəsinə görə həbs edilib.
Oxu.Az xəbər verir ki, istintaqın versiyasına görə, 2014-cü ilin may ayında Pelenin oğlu səs-küylü prosesdən sonra 33 il və dörd ay müddətinə azadlıqdan məhrum edilib, amma apelyasiya ərizəsi verib, cavabı Braziliyadan çıxmamaq şərti ilə azadlıqda gözləyirmiş.
Buna baxmayaraq hakim apelyasiyaya etiraz edib və Edson həbsxanaya yollanaraq qərarı orada gözləməli olacaq. Vəkillər bəyan ediblər ki, müvəkkillərinin azadlıqdan məhrum edilmə qərarının ləğv edilməsi üçün çalışacaqlar.
Xatırladaq ki, böyrəklərindən daş çıxarılan Pele xəstəxanadan təzə çıxıb, Edsonun həbs edilməsinə şərh verməyib.
E.Ə.
www.oxu.az