FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisi əvvəlki mövqeyində qalıb.
Yığmamız 1206 xalla dünyanın 107-cisidir.
Bu isə o deməkdir ki, Azərbaycan millisi ili 107-ci yerdə başa vurub.
Qeyd edək ki, ilk “onluq”da da yerdəyişmə olmayıb. Reytinq cədvəlinə yenə Belçika başçılıq edir. Fransa II, Braziliya III pillədədir.
S.M.
www.oxu.az