Latviya millisinin mərkəz müdafiəçisi Kaspar Dubra 89-cu dəqiqədə ikinci sarı vərəqə alaraq komandasını azlıqda qoyub. Bununla belə, Latviya millisi 1:0 hesablı üstünlüyünü sonadək qoruya bilib.
Beləliklə, Azərbaycan millisi Maltada təşkil olunan iki yoxlama matçında da 0:1 hesabı ilə uduzub.
16:47
Vladislav Qutkovski oyunda hesabı açdı. Latviyalı hücumçu baş zərbəsi ilə Səlahət Ağayevi məyus etdi. Komandamız Latviyaya 0:1 hesabı ilə uduzur.
15:14
Azərbaycan – Latviya matçı başlayıb. Qarşılaşmada hesab açılmayıb.
14:30
Bu gün yoldaşlıq görüşündə üz-üzə gələcək Azərbaycan və Latviya yığmalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, milli komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 10. Dmitri Nəzərov, 14. Eddi İsrafilov, 17. Toral Bayramov
Ehtiyat oyunçular: 12. Mehti Cənnətov, 23. Nicat Mehbalıyev, 7. Namiq Ələsgərov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Amin Seydiyev, 16. Coşqun Diniyev, 18. Filip Ozobiç, 19. Təmkin Xəlilzadə, 20. Rişard Almeyda, 21. Ağabala Ramazanov, 22. Aleksey İsayev
Baş məşqçi: Canni De Byazi
Latviya: 1. Pavel Steynbor, 2. Vladislav Sorokin, 4. Kaspar Dubra, 5. Antoni Çernomordı (k), 6. Krister Tober, 9. Vladislav Qutkovski, 11. Robert Savavnyek, 14. Andrey Tsıqanik, 17. Renar Varslavan, 19. Raymond Krollis, 22. Aleksey Savelyov
Ehtiyat oyunçular: 12. Robert Özol, 23. Rixard Matreviç, 7. Vladimir Kamış, 8. Eduard Emsis, 10. Yanis İkaunyek, 13. Emil Birka, 15. Vladislav Fyodorov, 16. Alvis Yaunzem, 18. İqor Tarasov, 20. Daniel Balodis, 21. İlya Korotkov
Baş məşqçi: Daynis Kazakeviç
10:36
Bu gün futbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, Maltada təlim-məşq toplanışında olan Canni De Byazinin yetirmələri bu ölkədə ikinci yoldaşlıq oyununa çıxacaqlar.
Yığmamız Latviya ilə üz-üzə gələcək. Dörd gün öncə Maltaya 0:1 hesabı ilə uduzan komandamız 2022-ci ildə ilk qələbəsini qazanmağa çalışacaq.
Sonuncu dəfə ötən ilin iyununda qalib gələn De Byazinin komandası kifayət qədər münasib rəqibi yenmək əzmindədir. Azərbaycan FIFA reytinqində 121-cidirsə, Baltikyanı ölkənin təmsilçiləri 134-cü pillədədirlər.
Komandamız tarixində 5-ci dəfə Latviya ilə üz-üzə gələcək. Əvvəlki 4 yoldaşlıq matçının 3-ü heç-heçə ilə yekunlaşıbsa, 1-də Azərbaycan millisi qələbə qazanıb. Topların nisbətində də yığmamızın üstünlüyü var – 5:3.
Yoldaşlıq oyunu
29 mart
15:00. Azərbaycan – Latviya
Baş hakim: Trastin Farucia Kann (Malta)
Ta Kali. Milli stadion