UEFA İcraiyyə Komitəsi bu gün Belarus klubları və milli komandaları barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu ölkənin təmsilçiləri siyasi səbəblərdən UEFA bayrağı altında baş tutacaq yarışlarda ev matçlarını Belarusda yox, neytral meydanda keçirməli olacaq.
Həmçinin, bu görüşlər tamaşaçısız keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 6-da UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Minskdə Belarus yığması ilə qarşılaşmalı idi. İndi bu görüş neytral meydanda təşkil ediləcək.
Səbuhi Musa