Fransanın “France Football” nəşri Lev Yaşini dünya futbol tarixində ən yaxşı qolkiper adlandırıb.
TASS-nı məlumatına görə, reytinqdə yer alan qolkiperlər arasında “Qızıl top” mükafatının yeganə sahibi məhz unudulmaz sovet qolkiperi Lev Yaşindir.
Dünyanın ən yaxşı qolkiperlərinin siyahısının ilk beşliyində həmçinin ingilis Qordon Benks, italyanlar Dino Dzoff və Canluici Buffon, habelə alman Manuel Noyer yer alıb.
Xatırladaq ki, L. Yaşin 1956-cı ildə Melburnda olimpiya çempionu adını qazanıb, habelə 1960-cı ildə Fransada keçirilən Avropa çempionatının qızıl medalına sahiblənib.