Futbol tarixinin ən uzunmüddətli cəzaları müəyyənləşib.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, siyahıya dünya və Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona başçılıq edir.
1991-ci ildə 15 ay futbol oynamaq hüququndan məhrum edilən Maradona əfsanə olduğu “Napoli” klubundan ayrılmaq məcburiyyətində qalmışdı. Erik Kantona siyahıda ikinci, Mark Bosniç isə üçüncü olub.
1. Dieqo Armando Maradona - Dünya futbolunun canlı əfsanəsi 1991-ci ildə dopinq testinin nəticəsi müsbət çıxdığı üçün 15 ay futbol oynamaq hüququndan məhrum edilmiş və “Napoli” klubundan ayrılmaq məcburiyyətində qalmışdı.
2. Erik Kantona – “Mançester Yunayted”in əfsanəvi futbolçularından olan Kantana “Kristal Pelas”la görüşdə azarkeşə təpik vurduğu üçün 2 həftəlik həbs cəzası almış və 9 aylıq futboldan kənarlaşdırılmışdı.
3. Mark Bosniç - avstraliyalı qapıçı narkotik aludəçisi olduğu üçün 2002-ci ildə 9 ay futbol oynamaqdan məhrum edilmişdi.
4. Rio Ferdinand - 2003-cü ildə “Mançester Yunayted” və “Arsenal” komandaları arasında baş tutan Premyer Liqa oyunundan sonra dopinq testinə getmədiyi üçün 8 ay futboldan uzaqlaşdırılmışdı.
5. Adrian Mutu - 2004-cü ildə qanında dopinq aşkarlanan futbolçu “Çelsi”dən qovulmuş və 7 ay futboldan kənar qalmışdı.
6. Kolo Ture - 2011-ci ildə dopinq testinin nəticəsi müsbət çıxdığı üçün FİFA tərəfindən 6 ay futboldan uzaqlaşdırılmışdı.
7. Vinni Cons – “sərt adam” ləqəbli Cons rəqiblərinin çəkindiyi bir futbolçu idi. Hazırda aktyorluq fəaliyyəti ilə məşğul olan Cons 1992-ci ildə yayımlanan “Soccer's Hard Men” proqramında aparıcılıq edərkən futbol haqda mənfi imic formalaşdırdığı üçün İngiltərə Futbol Federasiyası tərəfindən 6 ay futboldan uzaqlaşdırılmaqla cəzalandırılmışdı.
8. Uruqvay millisinin hücumçusu Luis Suares “DÇ-2014”ün qrup mərhələsində İtaliya ilə görüşdə rəqib müdafiəçi Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən 4 aylıq futboldan kənarlaşdırılıb.