2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatı qışda keçiriləcək.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, belə bir bəyanatla FIFA-nın baş katibi Jerom Valke çıxış edib.
“Dünya çempionatı iyun və iyul aylarında baş tutmayacaq. Mundial 15 noyabr - 15 yanvar aralığında keçiriləcək” – Valke bildirib.
Ənənəvi olaraq, dünya çempionatları yayda keçirilir. Ərəbistan yarımadasının şərqində yerləşən Qətərdə iyun-iyul aylarında orta temperatur müsbət 38 dərəcə isti təşkil edir.
Qeyd edək ki, FİFA mundialla bağlı yekun qərarını ötən ilin oktyabrında baş tutan İcraiyyə Komitəsinin iclasında verməli idi. Lakin məsələ hələ də açıq qalmaqdadır.