FİFA-nın keçmiş üzvü Hammam futbol üzrə dünya çempionatının Qətərdə keçirilməsi üçün 5 milyon dollar rüşvət verib.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, bu haqda “Sunday Times”in araşdırmasından sonra yekun qərara gəlinib.
Araşdırmaların Məhəmməd bin Hammamın elektron məktubları, bank hesabları və sənədləri əsasında hazırlandığı deyilir.
Məlum olub ki, əslən Qətərdən olan Asiya Futbol Federasiyasının prezidenti Məhəmməd bin Hammam futbol üzrə dünya çempionatının Qətərdə keçirilməsi üçün FİFA-ya 5 milyon dollar rüşvət verib.
Qeyd edək ki, Məhəmməd bin Hammam haqda rüşvət qalmaqalı ilk dəfə hallanmır. Deyilənə görə, o, FİFA prezidenti olmaq üçün 30-dan çox ölkənin futbol federasiyalarının prezidentinə xeyli sayda pul verib. Buna görə də onu FİFA-nın üzvlüyündən kənarlaşdırıblar.
Bu olayla bağlı FİFA prezidenti Jozef Blatter də 2022 dünya çempionatının Qətərdə keçiriləcəyini səhv addım hesab edib. Avropanın aparıcı futbol çempionatları isə dünya çempionatının dəyişdirilməsi ideyasını dəstəkləməyib.