Braziliyanın futbol üzrə U-23 millisi Tokio-2020 Yay Olimpiya Oyunlarının finalına yüksəlib.
Məlumat Tokio-2020 Yay Olimpiya Oyunlarının rəsmi saytında dərc edilib.
Braziliya yığması yarımfinalda Meksikaya penaltilər seriyasında qalib (4:1) gəlib.
Braziliya qızıl medallar uğrunda oyunda Yaponiya U-23 - İspaniya U-23 cütünün qalibi ilə qarşılaşacaq.
Oyun bu dəqiqələrdə Yaponiyanın Saitama şəhərinin eyni adlı stadionunda keçirilir.
Qarşılaşmada hesab açılmayıb.