Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Futbol üzrə yığmamız reytinq siyahıda geriləyib
FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, hesabında 363 xal olan Azərbaycan yığması 95-ci pillədə qərarlaşıb.
Noyabrda 2 yoxlama görüşü keçirən komandamız ayın 15-də Estoniyaya 1:2 hesabı ilə uduzub, 4 gün sonra Qırğızıstanla qolsuz heç-heçə edib ki, bunun da nəticəsində reytinq cədvəlində geriləyib.
Oktyabrda 407 xalla planetin 88-ci komandası olan millimiz 7 pillə geriləyib. Komandamız ötən ay özündən arxada qərarlaşan Efiopiya, Çin, Anqola, Oman, Konqo, Şimali İrlandiya və Salvador millilərindən indi geri qalır.
Yığmamız UEFA ölkələri arasında isə 40-cı yerdədir.
Siyahının ilk 3 pilləsində dəyişiklik olmayıb. İspaniya (1507), Almaniya (1318) və Argentina (1251) yığmaları liderliyini qoruya bilib.
Qeyd edək ki, FİFA növbəti reytinq siyahısını dekabrın 19-da açıqlayacaq.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniya Rusiya neftini daşıyan tankeri müsadirə edib
- Berbokun BMT-nin Baş Assambleyasının sədrliyinə namizədliyini həyasızlıq adlandırdılar
- Simonyandan Azərbaycanla bağlı qalmaqallı çıxış
- ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona köçürməyi planlaşdırır
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər