Braziliyada 24 yaşlı futbolçu Deniel Korea Freytas ölü tapılıb.
Oxu.Az xəbər verir ki, öldürülməzdən öncə futbolçuya işgəncə veriblər.
Naməlum şəxslər onun başını, cinsiyyət orqanını kəsiblər. Lakin hələlik polis futbolçunun qətlə yetirildiyini təsdiqləməyib.
Qeyd edək ki, Daniel Freytas 2016-cı ildən “San Paulo” klubunda çıxış edib. Onun sonuncu klubu Braziliya B seriyasında çıxış edən “San Bento” klubu olub.
