Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Futbolçu karyerasını başa vuran Andres İnyesta Danimarka klubunun sahibi olub
İspaniya millisinin və "Barselona" klubunun sabiq futbolçusu Andres İnyestanın "Never Say Never" (NSN) şirkəti Danimarkanın "Helsinger" klubunu alıb.
Oxu.Az xəbər verir ki, 40 yaşlı keçmiş yarımmüdafiəçi bu barədə yerli "Sport TV2"yə açıqlamasında bildirib.
O, klubu inkişaf etdirməyə və təkmilləşdirməyə çalışacağını söyləyib.
2005-ci ildə yaranan "Helsinger" klubu ev oyunlarını 4000-dən çox tamaşaçı tutumu olan eyniadlı stadionda keçirir. Hazırda ölkənin üçüncü divizionunda mübarizə aparan komanda 2017/2018 mövsümündə Danimarka Superliqasında çıxış edib.
Qeyd edək ki, son olaraq Birləşmiş Ərəb Əmirliklərində "Emireyts"in formasını geyinən İnyesta ötən ay karyerasını başa vurub.
Rəylər