Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Futbolçu öz dəyərindən 15 milyon az təklifə razılıq verdi: "Barselona"ya keçir
"Liverpul"un 28 yaşlı cinah oyunçusu Luis Dias "Barselona"dan gələn 70 milyon avroluq transfer təklifinə razılıq verib.
Oxu.Az "SkySports"a istinadən xəbər verir ki, "blauqrana" kolumbiyalı futbolçunun transferi üçün 70 milyon avro təklif edib. "Barselona" Diasın karyerasını İspaniyada davam etdirmək istədiyini bildiyindən keçidi reallaşdırmaq niyyətindədir.
Qeyd edək ki, Dias bu mövsüm bütün turnirlərdə 27 matçda iştirak edib, 12 qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun "Liverpul"la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 85 milyon avrodur.
"Barselona FK" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin görüşlərinin keçiriləcəyi tarix bəlli oldu
- "Bavariya" klubundan gözlənilməz addım - Neymarla danışıqlara başlanıb
- "Real Madrid" UEFA Çempionlar Liqasında yeni rekordlara imza atıb
- Lamin Yamal UEFA Çempionlar Liqasında ilkə imza atdı
- Çempionlar Liqasının 1/8 final mərhələsinin son oyunlarını hansı kanallardan izləmək olar?