Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ceyhun Bayramov: "Azərbaycandan Türkiyəyə 20 milyard ABŞ dolları sərmayə qoyulub"
"Türkiyə şirkətləri tərəfindən Azərbaycana 16, Azərbaycandan Türkiyəyə isə 20 milyard ABŞ dolları sərmayə qoyulub".
Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidan ilə birgə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hazırda Azərbaycanda dörd mindən çox Türkiyə şirkəti fəaliyyət göstərir:
"Bununla yanaşı, biz Xəzər bölgəsində, Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin də Avropa bazarlarına çıxarılması üçün birlikdə çalışırıq".
Ceyhun Bayramov: "Azərbaycandan Türkiyəyə 20 milyard ABŞ dolları sərmayə qoyulub"

Mərahim Nəsib
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov "Serbiya Bayrağı" ordeni ilə təltif olunub
- Azərbaycan XİN başçısı Serbiyaya işgüzar səfərə yola düşüb
- Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub
- Ceyhun Bayramov ATƏT-in baş katibinə Ermənistanla normallaşma prosesi barədə məlumat verib
- Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə yola düşdü
Ən çox oxunanlar