Futbolsevərlərin bir çoxu FIFA Qitələrarası Kubokunun ləğv olunduğunu düşünsələr də, əslində, bu, belə deyil.
Oxu.Az xəbər verir ki, turnir növbəti mövsüm yenidən baş tutacaq.
Bu mövsüm "Real Madrid" klubu kuboku qazanıb, növbəti mövsüm isə Avropanı PSJ klubu təmsil edəcək. Turnir dekabr ayında baş tutacaq
PSJ (Avropa çempionu);
"Əl-Əhli" (Asiya çempionu);
"Kruz Azul" (Şimali və Mərkəzi Amerika çempionu);
"Piramids" (Afrika çempionu);
"Okland Siti" (Okeaniya çempionu);
Cənubi Amerika çempionu isə noyabr ayında bəlli olacaq.
Qeyd edək ki, UEFA-nın yüksək reytinqinə görə PSJ klubu birbaşa finalda rəqibini gözləyəcək.
