Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, yunan-Roma güləşində dünən Rumıniya və Rusiyadan olan rəqiblərini yenməklə finala çıxmış Zaur Əliyev (55 kq) həlledici görüşdə Türkiyə təmsilçisi Adəm Burak Uzunla üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada əzmkar qələbə qazanan (3:3) həmyerlimiz Avropa çempionu olub.
Həmçinin, bu gün mübarizəyə qatılan güləşçilərimizdən Həsrət Cəfərovun 67 kq çəki dərəcəsində Avropanın üçüncüsü kimi bürünc medal qazandığı məlum olub.