Hazırda tikinti işlərinin davam etdirildiyi Gəncə şəhər stadionunun III MDB Oyunlarınadək təhvil verilməsi planlaşdırılıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Qalib Mehdiyev məlumat verib.

"Hazırda Gəncə şəhər stadionunda tikinti işləri sürətlə davam etdirilir. Stadionun III MDB Oyunlarınadək, yəni sentyabrın 28-dək təhvil verilməsi planlaşdırılıb. Bundan əlavə, III MDB Oyunlarının keçiriləcəyi digər şəhərlərdə də bərpa işləri davam etdirilir. Bütün bu bərpa işləri yarışların ilk gününədək başa çatacaq".
Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək. İdmanın 23 növü üzrə yarışların təşkili planlaşdırılır. Turnirdə iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra xarici ölkələrdən də idmançıların dəvət ediləcəyi gözlənilir.
Anar Həsənov