Voronejdə SSRİ idman ustası Viktor Lovtsovun xatirəsinə həsr olunmuş 12-ci ənənəvi yunan-Roma güləşi üzrə açıq turnir keçirilib.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, turnirə Azərbaycandan, Ermənistandan, Novoçerkesskdən, Rostovdan, Tambovdan, Orldan, Belqoroddan, Voronej və Ryazan vilayətindən, Lipetskdən və digər regionlardan 250 iştirakçı qoşulub.
Ümumi olaraq 22 komanda turnirdə iştirak edib. Yekunda Azərbaycan güləşçiləri 5 medal qazanıb. Elmir Əliyev (29 kq) qızıl medal, Orxan Əsgərov (54 kq) və Həsən Heydərov gümüş medal, Ramil İsrafilov (42 kq) və Kamran Mirzəliyev (58 kq) isə bürünc medal qazanıb.