Finlandiyanın şəhəri Vantaada keçirilən güləş üzrə Avropa çempionatı başa çatıb.
Oxu.Az Sport.1news.az-a istinadən xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının məlumatına görə, bizim yunan-roma güləşçilərimiz iki qızıl və iki bürünc medal alaraq komanda yarışında 3-cü yeri tutublar.
Onların 38 xalı var. Üst pillələrdə isə Rusiya (54 xal) və Türkiyə (46 xal) yer alıb.