Sərbəst güləşçilərimiz keçmiş SSRİ, Rusiya Federasiyası və Saxa Respublikasının əməkdar məşqçisi Dmitri Korkinin xatirəsinə həsr olunmuş 6-cı beynəlxalq turnir iştirak edəcəklər.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, oktyabrın 5-6-da Saxa Respublikasının Yakutsk şəhərində təşkil ounacaq turnirdə ölkəmizi yığma komandamızın 3 idmançısı təsil edəcək.
Azərbaycan Güləş Fedarasiyasından verilən məlumata görə, turnirə məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Namiq Sevdimzadə (55 kq), Qalib Əliyev (60 kq) və İbrahim Usubov (84 kq) yollanacaqlar.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edəcək.
Turnirin proqramına əsasən oktyabrın 5-də 55, 66, 84 və 120 kq, oktyabrın 6-da isə 60, 74 və 96 kq çəkidə pəhləvanlar qüvvələrini sınayacaq