Abşeronda ər-arvad aptekə basqın edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə sentyabrın 29-da Xırdalan şəhərində qeydə alınıb.
Şəhər ərazisindəki aptekə gələn 2 naməlum şəxs orada satıcı işləyən Aynur Abdullayevanı və Sevinc Zeynalovanı bıçaqla hədələyib oradan 950 manat pul aparıblar.
Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Məhəmmədəli Muradov və onun arvadı Nurlana Əsədova tutulublar.
Faktla bağlı araşdırma aparılır.