Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Güləşçilərimiz Minskdən 11 medalla qayıdır - FOTO
Belarusun paytaxtı Minskdə sərbəst güləş üzrə üçqat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçirilən beynəlxalq turnir başa çatıb.
Oxu.Az xəbər verir ki, son yarış günündə sərbəst güləşçilərimiz dörd, qadın güləşçilərimiz isə üç medal qazanıb.
Belə ki, Şərif Şərifov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ağahüseyn Mustafayev (70 kq) və Anjela Doroqan (53 kq) II, Murtuzəli Müslümov (70 kq), Elmira Qəmbərova (62 kq) və Səbirə Əliyeva (76 kq) isə III yeri tutub.
Beləliklə, millimiz turniri 11 medalla tamamlayıb. Qeyd edək ki, dünən Hacı Əliyev (65 kq), Murad Süleymanov (86 kq), Tatyana Omelçenko (59 kq) gümüş, İrina Netreba (65 kq) bürünc medal qazanmışdı.
Səbuhi MUSAYEV
www.oxu.az