Azərbaycan güləşçiləri bu gün Avropa Oyunlarında daha bir medal qazanıblar.
Oxu.Az xəbər verir ki, medal Rafiq Hüseynovun aktivindədir.
Finalda rusiyalı Yevgeni Salayevlə qarşılaşan Rafiq 2:0 hesabı ilə məğlub olub və Oyunların gümüş medalına yiyələnib.
98 kq çəki kateqoriyasında çıxış edən idmançımız Orxan Nuriyev isə üçüncü yeri uğrunda türkiyəli Cenk İldemlə mübarizə aparıb. Lakin təmsilçimiz məğlub olaraq, yarışda 5-ci yerlə kifayətlənməli olub.