Sabah Heydər Əliyev adına İdman-Konsert Kompleksində Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışı start götürəcək.
Oxu.Az xəbər verir ki, ilk yarış günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kq-da mübarizə baş tutacaq.
Bu gün Atletlər Kəndində həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.
Sərbəst güləş
45 kq
A qrupu
I tur - Murad Haqverdiyev - Eldar Asakayev (Rusiya)
55 kq
1/8 final - Əbülfəz Nəsirov - Harvi Ridinqs (Böyük Britaniya)
Yunan-Roma güləşi
45 kq
Təsnifat - Fərid Sadıxlı - Andrea Martino (İtaliya)
55 kq
1/8 final - Nihat Məmmədli - Olivye Şkripçak (Polşa)
Qeyd edək ki, saat 16:00-dan etibarən güləşdə final yarışları keçiriləcək.
Rəylər