Dekabrın 26-28-də Rusiyanın paytaxtı Moskvada Dünya Güləş Birliyinin (UWW) təqvim planının son yarışı keçirilib.
Oxu.Az xəbər verir ki, yeniyetmələr arasında keçirilən “Kristmas” turnirində ölkəmizi yalnız Əşrəf Aşurov (-71 kq) təmsil edib.
Bir neçə gün əvvəl böyüklər arasında Azərbaycan çempionatında üçüncü yeri tutmuş sərbəst güləşçimiz Moskvadan da bürünc medalla qayıdıb.
Səbuhi MUSAYEV