İngiltərə Premyer Liqasında turun mərkəz qarşılaşması başa çatıb.
“Çelsi” öz evində “Mançester Siti”ə məğlub olub -1:3.
Hesabı 18-ci dəqiqədə İlkay Gündoğan açıb. Fil Foden və Kevin De Brüynenin qollarıyla qonaqlar fərqi artırıb.
Oyunun icmalını təqdim edirik:
“Çelsi” – “Mançester Siti” 1:3
(Odoi, 90+2. - İ.Gündoğan, 18. F.Foden, 21. K.D.Brüyne, 34.)