Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
Gürcü “Napoli”yə, türk isə “İnter”ə qələbə qazandırdı - VİDEO
Futbol üzrə İtaliya A Seriyasında IX turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, son çempion “Napoli” səfərdə “Verona”nı üstələyib - 1:3.
Neapolluların qollarını Matteo Politano və dubl edən Xviça Kvaratsexeliya vurublar. Meydan sahiblərinin heyətində Darko Lazoviç fərqlənib.
Xallarını 17-yə çatdıran “Napoli” beşinci pillədədir. “Verona” səkkiz xalla 16-cıdır.
“İnter”isə “Torino” ilə səfər oyununda böyük hesablı qələbə qazanıb - 0:3. Markus Türamın hesabı açdığı qarşılaşmada digər qolları Lautaro Martines və penaltidən Hakan Çalhanoğlu vurublar.
Xallarını 22-yə çatdıran “İnter” birinci pilləyə yüksəlib. “Torino” doqquz xalla 14-cüdür.
Faiq Tahirov
"İtaliya" teqi üzrə xəbərlər
- "Google" İtaliya ilə mübahisəni həll etmək üçün külli miqdarda pul ödəyəcək
- ABŞ Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırlaşır? - Tramp AÇIQLADI
- İtaliyada təyyarədə gizlənən pişik uçuşu iki günlük iflic etdi
- İtaliyada fırıldaqçılar nazirin səsini təqlid edib, külli miqdarda pul ələ keçirdilər
- İtaliya sahillərində zəlzələ oldu