Tovuz rayonunda yerli sakinlər ehtiyatsızlıqdan içərsində su olmayan kanala yıxılaraq xəsarətlər alıblar.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.
Toy mərasimindən qayıdan beş nəfər şadlıq evinin yaxınlığında olan su kanalının üzərindəki keçiddən qarşıya keçmək istəyərkən ehtiyatsızlıqdan kanala yıxılıb.
Nəticədə 1970-ci il təvəllüdlü İ.Gülməmmədov, 1981-ci il təvəllüdlü G.Əhmədova və daha üç qadın müxtəlif bədən xəsarətləri alıblar.
Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
21:35
Tovuzda bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Belə ki, bir neçə nəfər kanalın üstündə olan bənddən keçən zaman su kanalına düşüb.
Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər. Hazırda onların kimliyi dəqiqləşdirilir.
İlhamə Əbülfət