Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Gürcüstanlı futbolçu Fransada ayın ən yaxşı oyunçusu seçilib
Gürcüstanlı futbolçu Fransa çempionatında oktyabr ayının ən yaxşı oyunçusu seçilib.
Oxu.Az xəbər verir ki, Liqa 1-də ötən ayın ən yaxşısı adına "Sent-Etyen"in hücumçusu Zuriko Davitaşvili layiq görülüb.
Gürcü forvard ötən ay Fransa çempionatında 5 qol vurub.
Qeyd edək ki, 23 yaşlı hücumçu Gürcüstandan başqa Rusiyada ("Rubin", "Rotor", "Arsenal") çıxış edib. 2022-ci ildən Fransada legioner həyatı yaşayan futbolçu 2 mövsüm "Bordo"nun şərəfini qoruduqdan (67 oyun, 13 qol) sonra, ötən yay "Sent-Etyen"ə transfer olunub. O, cari mövsümdə meydana çıxdığı 11 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəylər