Sərbəst güləş üzrə olimpiya mükafatçımız, dünya və Avropa çempionu Hacı Əliyev Ümumdünya Güləş Birliyinin (UWW) “Instagram” səhifəsinin keçirdiyi virtual turnirdə yarımfinala yüksəlib.
Oxu.Az-ın xəbərinə görə, tanınmış idmançımızın yarımfinaldakı rəqibi 1/4 finalda öz həmyerlisi Kayl Sneyderi üstələmiş amerikalı olimpiya, dördqat dünya və dördqat Panamerika Oyunları çempionu Cordan Barouzdur.
Digər yarımfinalçılar rusiyalı Abdulrəşid Sadullayevlə iranlı Həsən Yazdanidir.
View this post on InstagramQeyd edək ki, səsvermə UWW-nin “Instagram” hesabının “Hekayə” bölməsində keçirilir. Hacı Əliyev daha əvvəlki mərhələlərdə gürcü Qeno Petriaşvilini və İtaliya təmsilçisi Frank Çamisonu səsvermə nəticəsində üstələyib.
Səbuhi Musayev
"İtaliya" teqi üzrə xəbərlər
- Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri Romada bir araya gəldilər: Nələr müzakirə olundu? - Foto
- İtaliyada etirazlar: Yüzlərlə insan saxlanıldı
- İtaliyada kütləvi etirazlara hazırlıq görülür: Şəhərlərə hərbçilər göndərilib
- Milanda iğtişaşların ən azyaşlı iştirakçısı müəyyən edilib - Video
- Rusiya-Ukrayna müharibəsində yeni müəmma: Sülhə doğru dönüş, yoxsa kapitulyasiya? - Foto
Digər xəbərlər