Sərbəst güləş üzrə Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev virtual yarışda iştirak edir.
Oxu.Az xəbər verir ki, Ümumdünya Güləş Birliyi (UWW) idman turnirlərinin olmadığı bir vaxtda sərbəst güləşçilər arasında “Instagram” vasitəsilə onlayn yarış keçirmək qərarına gəlib.
Dünəndən etibarən başlayan yarışa 16 məşhur güləşçi qatılıb. Azərbaycanın bu yarışda yeganə təmsilçisi Hacı Əliyevdir. O, 1/8 finalda Gürcüstanın ən ağır çəkidə Olimpiya mükafatçısı, üçqat dünya və ikiqat Avropa çempionu Qeno Petriaşvili ilə qarşılaşıb və səsvermə əsasında rəqibinə qalib gəlib.
Tanınmış idmançımızın 1/4 finaldakı rəqibi Kuba doğumlu İtaliyanın Olimpiya mükafatçısı, ikiqat dünya və dördqat Avropa çempionu, vaxtı ilə Bakıya təlim-məşq toplanışı üçün gəlmiş Frank Çamisodur. Artıq tərəflər arasında səsverməyə start verilib. Son duruma əsasən Çamiso irəlidədir.
Hacı Əliyev qalib gələrsə, yarımfinalda ABŞ güləşçilərindən biri ilə qarşılaşacaq. Onun rəqibi Kayl Sneyder – Cordan Barouz cütünün qalibi olacaq.
View this post on Instagram
Qeyd edək ki, buna bənzər virtual yarışı Rusiyanın “Vestnik MMA” səhifəsi də keçirmişdi. Rusiyada yarışan MMA idmançıları arasında keçirilən turnirin qalibi səsvermə nəticəsində azərbaycanlı Nəriman Abbasov olmuşdu.
Səbuhi Musayev
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda ağır qəzada ölən gəncin fotoları
- Erməni rəqqas Arsen Aqamalyan Bakıya gəldi: "Qardaşım və bacım burada yaşayır" - Foto
- Bakıda 31 yaşlı kişi özünə xəsarət yetiribmiş - Təfərrüat
- Bakı və Bişkek arasında işgüzar əməkdaşlıq: Səfir yeni biznes forumun vaxtını açıqladı - Foto
- Ayrılmaq istəyən sevgilisini maşında döydü
Digər xəbərlər