Keçən il Ostində yarışdan başqa bütün sessiyalar yağışlı havada baş tutmuşdusa, bu il komandalar ancaq quru havada işləyiblər. Bazar günü hava xeyli isti olub – startda termometrlər +27 dərəcəni göstərib.
Oxu.Az F-1.az-a istinadən xatırladır ki, Hamilton keçən il Formul 1 üzrə ABŞ Qran Prisində üçüncü titulunu rəsmiləşdirmişdi.
Bu il isə Niko Rosberq Ostinə 33 xallıq fərqlə, çox rahat bir şəkildə gəlmişdi. Şənbə günü Lyuis trasın yeni rekordunu müəyyən edərək poulu qazanmışdı.
Yarışa ilk dörd sürücüdən üçü – Hamilton, Rosberq və Ferstappen Softla başlayıb.
Lyuis Hamilton ABŞ-da ümumilikdə beşinci, Ostində isə dördüncü qələbəsini qazanıb və Rosberqlə arasındakı xal fərqini 26-a salıb. Niko ikinci, Rikkardo isə üçüncü olub. Fettel yarışı dördüncü yerdə tamamlayıb. Son dövrdə Saynsa hücumlar edən Alonso onu ötüb və finiş xəttini 5-ci keçib.
Hamiltonun xal fərqini azaltması çempionatdakı vəziyyəti daha da gərginləşdirib. Bizi bir həftə sonra Meksikada qızğın mübarizə gözləyir…
E.Ə.
www.oxu.az