Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Harri Keyndən unikal göstərici – Ardıcıl üç mövsümdə 30 qol
Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn ardıcıl üç mövsümdə 30-dan çox qol vurur.
Oxu.Az xəbər verir ki, 31 yaşlı hücumçu son olaraq "Bayer Leverkuzen"ə qalib gəldikləri (3:0) Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında dubla imza atıb.
Cari mövsüm 34 matçda meydanda olan ingiltərəli forvard qollarının sayını 31-ə çatdırıb. Keyn 2022/2023 mövsümündə İngiltərənin "Tottenhem" klubunda 49 qarşılaşmada 32, ötən mövsümdə isə 45 görüşdə 44 dəfə fərqlənib.
Qeyd edək ki, "Bavariya" ilə "Bayer Leverkuzen" arasında cavab oyunu martın 11-də keçiriləcək.
"Bayer Leverkuzen FK" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
- UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin son oyun gününün ən yaxşı futbolçuları
- UEFA Çempionlar Liqası: "Bavariya" üç qolla qalib gəldi
- UEFA Çempionlar Liqası: 1/8 final mərhələsinin ilk oyunlarına dörd görüşlə yekun vurulacaq
- "Bayer Leverkuzen" məşhur müdafiəçisini itirir
Ən çox oxunanlar