Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hava şəraitinə görə Azərbaycan kubokunun matçları əvvələ çəkildi
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Ağsu” – “Sabah”, “Kəpəz” – “Səbail”, “Qaradağ Lökbatan” - “Sumqayıt” oyunlarının başlanma vaxtında dəyişiklik edilib.
Oxu.Az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) qərarına əsasən, matçlar əvvəlcədən nəzərdə tutulduğu kimi, 14:00-da deyil, yarım saat tez başlanacaq.
PFL matçın keçiriləcəyi stadionlarda süni işıqlandırma sistemi olmaması və hava şəraitini nəzərə alaraq, bu addımı atıb. Mərhələnin “Şüvəlan” – “Keşlə” matçının başlanma vaxtı isə 17:00 olaraq saxlanılıb.
Qeyd edək ki, 1/8 final mərhələsinin bir oyundan ibarət olan matçları sabah keçiriləcək.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər