Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Haverts “Çelsi”dən “Arsenal”a keçib
Almaniya millisinin yarımmüdafiəçisi Kay Haverts İngiltərənin “Arsenal” futbol klubu ilə müqavilə imzalayıb.
Bu barədə çərşənbə günü klubun Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, futbolçu ilə müqavilə 2027/28 mövsümünün sonuna kimi hesablanıb və transfer dəyəri təxminən 75 milyon avro təşkil edib.
Qeyd edək ki, 24 yaşlı K.Haverts 2020-ci ildən “Çelsi” klubunda çıxış edib və onunla 2021-ci ildə Çempionlar Liqasının qalibi olub.
Haverts ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 47 oyuna çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə edib. Almaniya millisinin tərkibində 37 oyun keçirən yarımmüdafiəçi 13 qol vurub və 13 məhsuldar ötürmə verib.
Rəylər