Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Havertsin “Arsenal”a transferinin detalları açıqlanıb
“Arsenal” bu həftə Kay Havertsin transferini elan edə bilər.
Jurnalist Florian Plettenberqin sözlərinə görə, Havertsin transferi ilə bağlı müqavilə artıq razılaşdırılıb. Alman yarımmüdafiəçi “Arsenal”la 2028-ci ilə qədər müqavilə imzalayacaq. Transfer məbləği bonuslarla birlikdə 75 milyon avro olacaq.
Qeyd olunur ki, futbolçunun transferində “topçular”ın baş məşqçisi Mikel Artetanın marağı böyük rol oynayıb. Havertsin bu həftə fiziki müayinədən keçməsi gözlənilir.
Qeyd edək ki, Haverts ötən mövsüm “Çelsi”nin heyətində Premyer Liqada 35 oyuna çıxıb və 7 qol vurub.
Mənbə: sports.ru
"Çelsi FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar