Dünən futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki qarın boşluğundakı ağrılar səbəbindən təcili olaraq xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, 49 yaşlı mütəxəssisə bağırsağın divertukulyozu diaqnozu qoyulub.
Prosineçki Safrayevo universitetinin kliniki mərkəzində əməliyyat edilib.
Bosniya və Herseqovina yığmasının həkimi yerli mətbuata açıqlamasında deyib ki, Prosineçkinin vəziyyəti stabildir. Hazırda o, intensiv terapiya şöbəsində müalicəsini davam etdirir.
R.D.
www.oxu.az