Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Həsrət Cəfərov: "Sevinirəm ki, zəhmətimin bəhrəsini gördüm"
"Ardıcıl üçüncü dəfə Avropa çempionu olduğum üçün çox sevincliyəm".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.
"Məşqlərə dayanmadan davam edirdim. Şükürlər olsun ki, zəhmətimin bəhrəsini gördüm. Ardıcıl üçüncü dəfə çempion olmaq kənardan asan görünə bilər. Lakin bu işin görünməyən tərəfləri çoxdur" .
O, dünya çempionatında da qızıl medal qazanmaq istədiyini bildirib:
"Mundialın gümüş və bürünc medallarını qazanmışam. Arzulayıram ki, bütün yarışların medallarını qazanım. O cümlədən dünya çempionu olmaq istəyərəm".
Qeyd edək ki, Həsrət Cəfərov finalda Əbu Müslim Amayevi (Bolqarıstan) məğlub edərək qızıl medala sahib çıxıb.
Ümumilikdə yarışı 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vuran yığma 151 xalla komanda hesabında birinci yeri tutub.
Anar Həsənov
"Avropa çempionatı" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Avropa çempionatında uğur qazanmış güləşçilər və onların məşqçiləri ilə görüşüb
- Azərbaycanlı ağırlıqqaldıran Avropa çempionatında 3 medal qazanıb
- Azərbaycan millisindən kənarlaşdırılan qapıçı Xorvatiya ilə matçda da oynamayacaq
- Eldəniz Əzizli: "Peşəkar idmançı olduğum üçün rəqibin kimliyinə önəm vermirəm"
- Nihat Məmmədli: "İstəyimə çatdığım üçün xoşbəxtəm"