"Neftçi" qambiyalı hücumçu Dembo Darbo ilə yollarını ayıracaq.
Oxu.Az xəbər verir ki, forvard əvvəllər də çıxış etdiyi Belarusa qayıdır.
O, "Dinamo Brest" klubunun maraq dairəsindədir.
Amma Darbonun ora qayıtmasına başqa səbəb həyat yoldaşının Brest şəhərindən olmasıdır. Forvard Belarus klubunun təklifini bu səbəbdən qəbul etmək niyyətindədir.
Onun keçidinin yaxın günlərdə açıqlanacağı bildirilir.