Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş karate seminarı təşkil edilib - FOTO/VİDEO
Bakı İdman Sarayında Azərbaycan Karate Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş karate seminarı keçirilib.
Seminarda Azərbaycan Karate Federasiyaları Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı, Əməkdar idman xadimi Ülvi Quliyev iştirak edib.
Yeddi federasiyanın daxil olduğu Assosiasiyanın prezidenti seminar barədə dayib:
“Əsas məqsəd Heydər Əliyev kimi dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etməklə göstərdiyimiz birlik, həmrəylikdir. Biz də gənclərimizin sağlam böyüməsini, zərərli vərdişlərdən uzaq olmasını istəyirik.
Yarışın burada keçirilməsi rəmzi xarakter daşıyır. Belə ki, 1995-ci ilin martında məhz bu zalda Heydər Əliyevin idmançılarla görüşü baş tutdu və bu, demək olar ki, ölkənin idman siyasətinin əsasını qoydu. Bu gün biz yenidən burada toplaşdıq”.
Ülvi Quliyev Polşada keçirilən III Avropa Oyunlarında Azərbaycanın ilk qızılını qazanan Azərbaycan karate məktəbinin yetirməsi Tural Ağalarzadəni də xüsusi qeyd edib. Ümumilikdə Azərbaycan karateçiləri Avropa Oyunlarında iki qızıl və bir bürünc medal qazanıblar.
Ümumilikdə seminarda peşəkar məşqçi və tanınmış idmançılarla yanaşı, gənc karateçilər də iştirak ediblər.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev Artur Rasi-zadəyə "Heydər Əliyev" ordenini təqdim edib
- Ki-Uestin sirr pərdəsini açarkən və ya Heydər Əliyevin ustad dərsi - Caliber.az-da tarixə ekskurs
- Heydər Əliyev 20 Yanvar faciəsinin günahkarlarını necə ifşa etdi? - Azadlığa gedən yol
- Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- 20 Yanvar faciəsindən 35 il keçir