Bakı Olimpiya oyunlarını qəbul etməyə hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “Around The Rings ” saytına bildirib.
Hikki əmin olduğunu bildirib ki, Bakı Olimpiya oyunlarının keçirilməsinə yenidən müraciət təqdim etməsi üçün lazım olan hər şeyə malikdir.
O həmçinin qeyd edib ki, hazırda 2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunlarının keçirilməsinə müraciətlərin qəbulu davam edir.