Oktyabrın 25-də Bakıda “One Dance TWO Soul” adlanan küçə rəqslərinin çempionatı keçiriləcək.
Oxu.Az xəbər verir ki, tədbirin keçirilməsinin əsas məqsədi Azərbaycanda küçə rəqslərinin inkişafıdır.
Tədbirin təşkilatçıları məşhur “Alarm Dance Crew” komandasının rəqqasları və Türkiyənin TV8 kanalında yayımlanan “Yetenek Sizsiniz” yarışmasının finalçılarıdır. Uşaqlar Bakıda bu mədəniyyətin inkişaf etdiyini göstərmək istəyirlər, ona görə də tamaşaçıları tədbirdə görmək istəyirlər.
Təşkilatçılar tamaşaçıları yarışanlara dəstək olmağa çağırırlar.
Çempionatın təşkilatçıları bəyan ediblər ki, B-boinq və Hip-hop üzrə batt-lar keçiriləcək.
“Cüt çıxışlar da planlaşdırılır. Tərəf müqabili olmayanlar üçün ayrı qeydiyyat açılıb. Biz onlar üçün tərəf müqabilini tədbir günü püşkatma ilə seçəcəyik. Hər nominasiya üçün mükafat fondu 100 manatdır”.
Qeyd edək ki, tədbirdə iştirak üçün bir çox kollektivlər qeydiyyatdan keçib və qeydiyyat davam edir.
Ətraflı məlumatı +994 55 477 16 15; +994 51 862 79 44 nömrələrinə zəng edərək və https://www.fac
Ötən tədbirdən foto və videohesabatı təqdim edirik.
Qeyd edək ki, “One Dance TWO Soul” küçə rəqsləri çempionatına informasiya dəstəyini Oxu.Az İnformasiya Agentliyi göstərir.
Elvin Əhmədov
www.oxu.az