Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyov Azərbaycana işgüzar səfərə gələcək.
Oxu.Az-ın xəbərinə görə, IBA rəhbəri dekabrın 23-də Bakıda olacaq.
O, səfəri çərçivəsində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və fövqəladə hallar naziri, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovla görüşəcək. Umar Kremlyov həmçinin Boks Mərkəzində milli komandanın çalışdırıcıları ilə birgə azərbaycanlı boksçulara məşq də keçəcək.
Qeyd edək ki, IBA prezidentinin Azərbaycana səfəri dekabrın 24-də başa çatacaq.