İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç Avro-2016-nın seçmə mərhələsində dünən gecə keçirilən Avstriya ilə matçda etdiyi hərəkətlə gündəmə gəlib.
Oxu.Az qol.az-a istinadən xəbər verir ki, təcrübəli oyunçu görüşün 20-ci dəqiqəsində rəqib komandanın “Bavariya”lı futbolçusu David Alabaya dirsəyi ilə vurub.
Ancaq onun bu hərəkətini qarşılaşmanın hakimi görməyib və İbrahimoviçi cəzalandırmayıb.
Qeyd edək ki, Avstriya-İsveç matçı 1:1 hesabı ilə yekunlaşıb.