Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) onlayn dərslərə ən çox qatılan tələbələrinə xoş sürpriz edib.
Oxu.Az-a verilən məlumata görə, pandemiya dövründə distant formada həyata keçirilən tədris-təlim prosesində böyük həvəslə iştirak edən, bütün problemlərə baxmayaraq çəkdiyi zəhmət və məsuliyyəti ilə seçilən, ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) yüksək olan, dərslərdə aktiv və səmərəli iştirak edən aşağıda adları qeyd olunan tələbələrə Akademiya rəhbərliyi tərəfindən planşetlər hədiyyə edilib:
· Həsənli Həsən – “Məşqçi” ixtisası, 117A8 qrupu
· İbrahimli Rəşad – “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası, 138A2 qrupu
· Mirzağayev Samir – “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimi” ixtisası, 129R1 qrupu
· Axundzadə Zəhra – “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası, 139A1 qrupu
· Bağırzadə Mənsur – “İdman menecmenti və kommunikasiya” ixtisası, 148A1 qrupu
