UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın Sloveniya klubu “Olimpiya” ilə səfər oyununun yayımı 70-ci dəqiqədən başlayıb.
Oxu.Az xəbər verir ki, yayım hüququna malik olan “İdman Azərbaycan” kanalı qarşılaşmanı tamaşaçılara məhz həmin dəqiqədən etibarən təqdim edir.
Yayımın gec baş tutmasının səbəbi texniki problemlər olub.
Qeyd edək ki, hazırda son dəqiqələri gedən görüşdə “Qarabağ” 2:0 hesabı ilə öndədir.
22:34
“İdman TV” “Olimpiya” - “Qarabağ” oyununun yayımlanmasında problem yaranması ilə bağlı məlumat yayıb.
“Əziz izləyicilər, texniki problem səbəbilə “Olimpiya” - “Qarabağ” matçını yayımlaya bilmirik. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik” - deyə qeyd olunub.
22:26
Avropa Liqasının pley-off mərhələsində keçirilən “Olimpiya” - “Qarabağ” oyununun Azərbaycanda yayımlanmasında problem yaranıb.
Oxu.Az xəbər verir ki, “İdman TV” Sloveniyadakı qarşılaşmanın canlı yayımlanacağını açıqlasa da, matç göstərilmir. Bunun səbəbi bilinmir.
Sosial şəbəkələrdə futbolsevərlərin etirazlarına baxmayaraq, telekanal hələlik hər hansı açıqlama verməyib.
Qeyd edək ki, ilk hissəsi gedən görüşdə hesab açılmayıb.
Faiq Tahirov