Avstraliyada oynanan reqbi üzrə matçda qəribə hadisə baş verib.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, Brian Lake adlı idmançı mübarizə zamanı əsəblərini cilovlaya bilməyib və rəqibini boğmağa çalışıb.
“Hawthorn” forması geyən Lake ikitərəfli mübarizə sonrasında “North Melbourne” adlı klubun oyunçusu Drev Petrienin boğazına yapışıb.
Bunu görən digər idmançılar tez mübahisəyə müdaxilə edərək boğulan idmançını xilas ediblər. Əgər dostları vaxtında araya girib müdaxilə etməsəydi Lake rəqibini boğub öldürəcəkdi.
Bu görüntülər oyunu izləyən azerkeşləri də heyrətləndirib. Sosial şəbəkələrdə idmançının aqressiv hərəkətləri böyük əks səda doğurub.